Mən Cənubi Qafqaz üçün dəyəri 200 milyon avro olan "Bağlantılar vasitəsilə sülh" proqramını elan etdim.
#Regional inkişaf
Qubada keçirilən REGİONAL EXPO QUBA 2026 sərgisi regionun biznes, innovasiya, kənd təsərrüfatı, turizm və xidmət sahələrini vahid platformada bir araya gətirib. Tədbirdə 130 müəssisə iştirak edib, sərgini isə gün ərzində təxminən 10 min nəfər ziyarət edib. Rəsmi şəxslər və iştirakçılar regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar.
İqtisadiyyat Nazirliyində AYİB-lə görüşdə infrastrukturun təkmilləşdirilməsi, şəhərsalma layihələri və Gəncə ilə Naxçıvanda həyata keçirilən tədbirlər müzakirə olunub, əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.