Filmoskop rubrikasında bu dəfə kinonun eksperimental tərəfinə, vizual və musiqi sənətinin kəsişmə nöqtəsinə baxırıq. Black Metal dünyasının atmosferik və qaranlıq qruplarından olan "Witte Wieven" ilə vizual sənətçilərin ortaq layihəsi olan, ritualistik və fəlsəfi dərinliyə malik "Heresy" (Küfr / Bidət) vizual-musiqili ekran işini təhlil edirik. Bu layihə sənətin yalnız gözə deyil, birbaşa insan şüuraltına etdiyi qaranlıq çağırışdır.