#Azərbaycan-Ermənistan

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib. X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Gürcüstan Azərbaycan­dan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib. Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana tranzitini birdəfəlik və ödənişsiz şəkildə təmin edib. Növbəti partiya isə standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.

Cari ilin yanvar ayında Azərbaycandan Ermənistana 2,404 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə dəyirmi masa müzakirəsi keçirilir. Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində iştirak etmək üçün Ermənistana gəlib.

ABŞ Prezidenti Donald Tramp cümə günü açıqlayıb ki, ABŞ Vitse-prezidenti JD Vance fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək. Səfərin məqsədi “son sülh təşəbbüslərini davam etdirmək”dir. 2023-cü ildə Azərbaycan tərəfindən nəzarətə alınan Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərdir davam edən münaqişəni başa çatdırmaq üçün Ermənistan və Azərbaycan 2023-cü ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə bir sülh sazişi imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Ermənistan tərəfindən neft məhsullarının satışı ilə bağlı sorğu daxil olub və daşınma Gürcüstan üzərindən həyata keçiriləcək. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azerpress Media Agentliyinin sualına cavab olaraq Gürcüstan tərəfindən tətbiq edilən ilkin tarif həqiqətən yüksək olub: “Bu, Azərbaycanda suallar yaratdı, çünki mövcud praktikaya uyğun deyildi. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələyə müdaxilə etdi və məsələ öz həllini tapdı. Tam bazar şərtlərinə uyğun tarif şirkətlər arasında razılaşdırılıb. Fürsətdən istifadə edərək Gürcüstan rəhbərliyinə təşəkkür edirəm. Bu onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri dost münasibətləridir. Düşünürəm ki, bu məsələ həllini tapıb və yenə də o marşrutdan istifadə ediləcək,” – deyə Ceyhun Bayramov vurğulayıb.

2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri Prezident İlham Əliyevin siyasi təşəbbüsləri əsasında ikitərəfli və çoxtərəfli formatlarda ardıcıl şəkildə davam etdiriləcək. Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib. O bildirib ki, bir neçə il əvvəl Gürcüstan ərazisindən Ermənistana nəqliyyat əlaqələrinin mümkünlüyü düşünülməzdi. Bu gün isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi və iqtisadi mühit formalaşıb və 2026-cı ildə bu proseslərin davamı gözlənilir.

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir. Dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.