Azərbaycan və Ermənistan barış müqaviləsi imzalamağa heç vaxt olmadığı qədər yaxındır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri İstanbulda keçirilən 16-cı Böyükelçilər Konfransında bildirib. "Uzun illər barışa həsrət qalan Cənubi Qafqaz indi tarixi bir dövrdən keçir" - deyə Ərdoğan qeyd edib. Ərdoğan əlavə edib ki, bu proses çərçivəsində Türkiyə də Ermənistanla normallaşma prosesini irəlilətmək üçün Azərbaycanla dialoq aparır və gələn ilin əvvəlindən bəzi simvolik addımlar atılması planlaşdırılır.
#Azərbaycan-Ermənistan
Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha da gücləndirilməsində əsas amil hesab edir.
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.
ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib. Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu. Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına gəlir.
Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə mümkün olacaq rifaha töhfə vermək üçün sarsılmaz öhdəliyini bəyan edib.
Ermənistan vətəndaşı Ruben Vardanyanın ağır cinayətlər üzrə məhkəmə prosesi noyabrın 21-də davam etdirilib.
Qazaxıstan Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayır.
Ermənistan və Azərbaycan arasında sülhün yekunlaşması üçün Azərbaycan-Ermənistan qarşılıqlı etimad atmosferinin formalaşması son dərəcə vacibdir.
AzerVoice bu barədə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində siyasətini dəfələrlə elan edib və bu mövqeyə sadiqdir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandığı zaman Türkiyə Ermənistanla normallaşmaya başlamağa hazır olacaq. Fidan qeyd edib ki, Ermənistanın bölgədə sülhə bu qədər maraqlı olmasının əsas səbəbi Türkiyənin münasibətləri normallaşdırmağa hazır olduğunu görməsidir.
Noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Bildirilib ki, görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.
Xəbər verildiyi kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.