Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
#memarlıq
“Facemark” və “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, innovativ şirkətlərini və peşəkar icmasını bir araya gətirən İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu keçirilib. İnteryer İnşaat Memarlıq Mebel Forumu bu il 2-ci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkəti və keyfiyyətli məhsul və xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən Muftakçı şirkətinin təşkilatçılığı ilə keçirilib.
Bakıda keçiriləcək “IN VISION DESIGN TALKS – BAKU 2026” forumu memarlıq, interyer dizaynı və şəhərsalma sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirəcək. AzerVoice xəbər verir ki, tədbir mayın 11-də Bakı Konqres Mərkəzində təşkil olunacaq və forum çərçivəsində müasir dizayn tendensiyaları, innovativ memarlıq yanaşmaları, şəhər məkanlarının transformasiyası və beynəlxalq təcrübələr müzakirə ediləcək. Türkiyənin tanınmış memar və dizaynerlərinin çıxış edəcəyi tədbirin sektor nümayəndələri, tələbələr və yaradıcı sənaye iştirakçıları üçün yeni əməkdaşlıq imkanları və peşəkar şəbəkələşmə platforması olacağı bildirilir.