İran ABŞ qüvvələrini yerləşdirən və İrana qarşı hücumlarda ərazisindən istifadə olunmasına şərait yaradan Körfəz ölkələrinə cavab vermək hüququ olduğunu düşünür. Təhlilçi Məhəmməd Əli Şabani bildirib ki, Tehran özünü ABŞ ilə müharibə vəziyyətində hesab edir. İranın yanaşmasına görə, hücumlar üçün hava məkanını, ərazisini və ya hərbi qurğularını təqdim edən ölkələr də qarşıdurmanın iştirakçısına çevrilə bilər. Buna görə Tehran həmin dövlətlərə qarşı cavab tədbirləri görmək imkanını özündə saxlayır. Bununla yanaşı, Körfəz ölkələri İranla münasibətlərin gərginləşməsində maraqlı deyillər. Coğrafi yaxınlıq həmin dövlətləri Tehranla dialoq saxlamağa məcbur edir. Ekspert hesab edir ki, Körfəz ölkələri müharibənin başa çatması üçün diplomatik təmasların davam etdirilməsini istəyirlər. Onların əsas narahatlığı qarşıdurmanın bütün bölgəyə yayılmasıdır.
#hərbi bazalar
BAKI,VOA ABŞ Prezidenti Donald Tramp İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə rəsmi Romanın siyasətini sərt tənqid edərək bildirib ki, ehtiyac duyulduğu zaman İtaliya onların yanında olmayıb, halbuki o və ölkəsi hər zaman İtaliyanın yanında yer alıb.
Vaşinqtonun Almaniyadakı hərbi varlığını azaltmaq və minlərlə əsgərini geri çəkmək qərarı Avropanın təhlükəsizlik mühitində ciddi suallar yaradıb. Bu addım təkcə ikitərəfli münasibətlərə deyil, həm də NATO-nun gələcək fəaliyyətinə təsir edə biləcək fundamental bir dəyişiklik kimi qiymətləndirilir.