#Qəzza yardım missiyası

Qəzzaya humanitar yardım aparan “Azadlıq” donanmasının iki aparıcı aktivisti İsrail tərəfindən saxlanılaraq ölkəyə aparılıb. İsrail rəsmilərinin açıqlamasına görə, beynəlxalq sularda saxlanılan donanmanın rəhbərlərindən olan fələstin əsilli İspaniya vətəndaşı Səif Əbukəşək və Braziliya vətəndaşı Tiaqo Avila sorğu-sual üçün İsrailə gətirilir.