Beynəlxalq Enerji Agentliyi xəbər verir ki, ABŞ-İsrail gərginliyi və Hörmüz boğazının blokadası səbəbindən qlobal kommersiya neft ehtiyatları sürətlə azalır. Strateji ehtiyatların bazara buraxılması gündəlik neft təchizatını artırsa da, tələbat artımı ehtiyatların tükənməsini sürətləndirəcək.
#Hörmüz boğazı blokadası
Beynəlxaq KİV tərəfindən əldə edilən son rəqəmlər və peyk görüntüləri göstərir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt dəniz blokadasına baxmayaraq, xeyli sayda neft tankeri hələ də beynəlxalq sularda hərəkət edərək İran neftini dünya bazarlarına daşımağa davam edir. Bu vəziyyət Tramp administrasiyasının "maksimum təzyiq" strategiyasının praktiki tətbiqində ciddi boşluqların olduğunu göstərir.
Almaniya Kansleri Fridrix Merts İranı dərhal danışıqlar masasına oturmağa və diplomatik prosesləri ləngitməkdən əl çəkməyə çağırıb. Kansler Hörmüz boğazındakı blokadanın aradan qaldırılması üçün rəsmi Berlinin əsas şərtlərini bəyan edib.