#Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi

Paytaxtda gənclərin qlobal problemlərin həllində roluna həsr olunmuş beynəlxalq tədbir təşkil olunacaq. 30 aprel – 1 may tarixlərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçiriləcək. Məlumata görə, forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə sahəsinin nümayəndələri, siyasi təşkilatların üzvləri və tələbələr iştirak edəcəklər. Tədbir çərçivəsində iştirakçılar təcrübə mübadiləsi aparacaq, həmçinin beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.