31 avqust 2025-ci ildə Çinin Tyançzin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti start götürdü. Bu toplantını artıq “Asiyanın Yalta müqaviləsi” adlandırırlar. Bu, şişirtmə deyil. Soyuq müharibədən sonra ilk dəfədir ki, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin bu qədər çox lideri Qərb meydançasında yox, məhz Pekin və Moskvanın institusional rəhbərliyi altında toplaşır. Bu, bəzilərinin “postamerika dünyasının yenidən bölgüsü” adlandırdığı qlobal prosesin ən mühüm mərhələlərindən biridir.