#Mahmud Kaşğarlının həyatı və elmi şəxsiyyəti

Həyatı və şəxsiyyəti haqqındakı məlumatlar yaxın zamanlara qədər yalnız əsərindəki bir neçə qeyddən ibarət qalan, tərcümeyi-halı xüsusunda özü də çox qapalı davranan Kaşğarlının bəzi ifadələrindəki ipuclarından çıxış edərək və tarixi mənbələrin də köməyi ilə məhdud bir bioqrafiyası əldə edilməkdədir. Mövzu ilə bağlı faydalı qeydlər istisna olmaqla, alim haqqında deyilənlər çox vaxt tutarsız, bir-biri ilə ziddiyyət təşkil edən təxmini görüşlərdən və yerli rəvayətlərdən ibarətdir.