#Qərbi Azərbaycan İcması və Kars Vəqfi arasında strateji əlaqələr

4 aprel 2026-cı il tarixində Kars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında qonaq oldular və tərəflər arasında səmimi müzakirələr aparıldı. Əksəriyyəti əslən qərbi azərbaycanlılardan ibarət olan nümayəndə heyəti ilə keçirilən görüş qarşılıqlı əməkdaşlıq və ortaq dəyərlərin müzakirəsi baxımından əhəmiyyətli olub.