#Türkiyənin polad ixracı

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən İrana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 8 milyon 272 min 230 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında İrana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz azalaraq, 1 milyon 595 min 900 dollara çatdırıb.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz artaraq, 27 milyon 610 min 570 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43,3 faiz artaraq, 8 milyon 558 min 760 dollara çatdırıb.

2026-cı ilin mart ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 1 milyard 552 milyon 765 min dollara bərabər olub. 2026-cı ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 3 milyard 820 milyon 541 min dollara bərabər olub.