Bakı bütün tərəflərlə dialoq imkanlarını saxlayaraq mürəkkəb geosiyasi proseslərdə strateji üstünlük əldə edir.
#Qlobal enerji böhranı
Qlobal enerji bazarında vəziyyət daha da gərginləşə bilər və yaxın aylarda neft-qaz böhranının dərinləşməsi ehtimalı artır. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Yaxın Şərqdə davam edən müharibə fonunda dünya enerji bazarında vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti Donald Tramp İranın neft resurslarını nəzarətə götürmək barədə iddialı və mübahisəli planlarını yenidən gündəmə gətirib. Tramp özünün "Truth Social" platformasında paylaşdığı mesajında İran müharibəsinin iqtisadi hədəflərini açıq şəkildə bəyan edib: "Bir az vaxt keçsin, biz Hörmüz boğazını asanlıqla aça, nefti ələ keçirə və nəhəng sərvət qazana bilərik".