#Türkiyənin hazır geyim ixracı

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Fransaya hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 195 milyon 742 min 850 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Fransaya hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azalaraq, 59 milyon 71 min 22 dollara çatdırıb.

2026-cı ilin mart ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq, 1 milyard 211 milyon 280 min dollara bərabər olub. 2026-cı ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 3 milyard 875 milyon 355 min dollara bərabər olub.