#Naval Power

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazı böhranının konturlarının aydınlaşması ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan "Tşiuşi" (Həqiqət axtarışı) jurnalının mart ayının ortalarında Prezident Si Cinpinin dəniz iqtisadiyyatının inkişafı barədə məqaləsini dərc etməsi tamamilə təsadüfi deyil. Si Cinpin həmin məqalədə "güclü dəniz dövləti" quruculuğunun sürətləndirilməsinin zəruriliyini vurğulayıb ki, bu da Çinin dənizə münasibətdə strateji təfəkküründə artan əhəmiyyəti əks etdirən bir addımdır.