Malayziya hökuməti Hörmüz boğazından keçidlə bağlı yayılan iddialara aydınlıq gətirib. Malayziyanın kommunikasiya naziri Fahmi Fadzil bildirib ki, ölkəyə məxsus gəmilər Hörmüz boğazından keçərkən İrana heç bir rüsum ödəmir. Nazirin sözlərinə görə, sosial mediada yayılan bu cür iddialar yanlış anlaşılmadan qaynaqlanır və Malayziya tərəfi heç bir ödəniş etməyib.