Hokinsin bu açıqlaması "New York Times" qəzetində dərc olunan araşdırmadan bir gün sonraya təsadüf edir. Sözügedən araşdırmada hücumda "döyüş şəraitində sınaqdan keçirilməmiş" bir silahdan istifadə edildiyi və həmin silahın "ABŞ istehsalı olan yeni hazırlanmış ballistik raketin xüsusiyyətlərini daşıdığı" iddia olunurdu.