1492-ci ilin 31 mart tarixində Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabella ölkədəki bütün yəhudilərin qovulmasını nəzərdə tutan "Alhambra fərmanı"nı imzalayıblar. Bu qərar Qranada krallığının süqutundan və İspaniyada təxminən 800 illik müsəlman hakimiyyətinə son qoyulmasından qısa müddət sonra qəbul edilib. Tarixi sənədlərə görə, vahid İspaniya krallığının təməlini qoyan monarxlar hələ 1478-ci ildə ölkədə dini birliyi təmin etmək məqsədilə İnkvizisiya məhkəmələrini təsis etmişdilər. Baş inkvizitor Tomas de Torkvemadanılın təşəbbüsü ilə imzalanan bu fərman yəhudilərə iyul ayının sonuna qədər ölkəni tərk etmək öhdəliyi qoyurdu. Bu proses nəticəsində on minlərlə insan öz mülklərini dəyər-dəyməzinə sataraq İspaniyanı tərk etmək məcburiyyətində qalıb. Müasir tarixçilərin qənaətinə görə, həmin dövrdə təxminən 40 min yəhudi ölkədən köç edib, bir hissəsi isə qalmaq üçün xristianlığı qəbul edib.