#Livan Prezidenti: İsrail beynəlxalq hüququ kobud şəkildə pozdu

Livanın cənubunda yerləşən Cəzzin yolunda jurnalistlərin olduğu və üzərində "Mətbuat" (Press) nişanı olan avtomobilə İsrail ordusu tərəfindən hava zərbəsi endirilib. Hücum nəticəsində "Al Mayadeen" telekanalının əməkdaşları Fatimə Ftuni və qardaşı Məhəmməd Ftuni, habelə "Al-Manar" telekanalının tanınmış müxbiri Əli Şuaib həyatını itirib.