#Çin vətəndaşlarına çağırış: İsrailin strateji və hərbi obyektlərindən uzaq durun.

İsraildə qalmağa davam edən Çin vətəndaşlarına aeroportlar, dəniz limanları, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər mühüm infrastruktur obyektləri və hərbi zonalardan uzaq durmaq tövsiyə olunub. Qeyd edək ki, Çin rəhbərliyi daha əvvəl İrandakı vətəndaşlarına da bənzər çağırış edərək ölkəni tərk etmələrini istəmişdi. İndiyədək İsraildəki Çin vətəndaşlarına yalnız yüksək riskli zonalardan qaçmaq tövsiyə olunsa da, hücumların intensivləşməsi bu qərarın sərtləşdirilməsinə səbəb olub.