İsrail tərəfi İranın hərbi proqramlarında mühüm rol oynayan iki yüksək rütbəli alimin – Məhəmməd Əli Xudabaxş və Məhəmməd Rizanın öldürüldüyü barədə hesabat yayıb. İddialara görə, sözügedən şəxslər Tehranın gizli elektromaqnit silahlarının hazırlanmasına rəhbərlik ediblər. İsrailin "Channel 12" telekanalı, həmçinin "Yedioth Ahronoth" və "The Jerusalem Post" nəşrləri öz mənbələrinə istinadən alimlərin Tehran ətrafında avtomobillərinə endirilən dəqiq zərbə nəticəsində həlak olduqlarını bildiriblər. İsrail tərəfi hədəfə tam nail olunduğunu və hər iki mütəxəssisin öldüyünü iddia edir.