#Mayami sülh danışıqları ərəfəsində Zaporojyedə dinc sakinlər həlak olub

Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisinə gecə boyu təşkil etdiyi kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində dinc sakinlər arasında itkilər qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə 154 PUA buraxılıb ki, onlardan 148-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.