#AzerVoice: Bern bitərəflik naminə Vaşinqtonun hərbi tələblərini rədd edir

İsveçrə hakimiyyəti İranla beynəlxalq silahlı münaqişədə iştirak etdiyi üçün ABŞ-a silah ixracı lisenziyalarının verilməsini müvəqqəti dayandırıb. Rəsmi Bern bu addımı ölkənin bitərəflik statusunu qorumaq zərurəti ilə əsaslandırıb. Hökumətin bəyanatında qeyd olunur ki, İranla müharibə aparan ölkələrə hərbi məhsulların ixracı döyüş əməliyyatları bitənədək qadağandır. Məlumata görə, hücumların başladığı 28 fevral tarixindən etibarən ABŞ-a hərbi ixrac üçün heç bir yeni icazə sənədi imzalanmayıb. İsrailə qarşı isə silah ixracı üçün yekun icazələrin verilməsi artıq bir neçə ildir ki, tamamilə dayandırılıb.