Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran, Ramazan bayramı namazını qılmaq istəyən müsəlmanlara qarşı İsrail qüvvələrinin həyata keçirdiyi müdaxiləni kəskin şəkildə pisləyib. Duran bu hərəkəti dini etiqad azadlığının və insan ləyaqətinin kobud şəkildə pozulması kimi qiymətləndirib.