#Ali Həqiqət kultunun sonu: Şoko Asaharanın həbsi

1995-ci il martın 20-də Yaponiyanın paytaxtı Tokio görünməmiş bir terror aktı ilə sarsılıb. Şəhərin mərkəzi metro xətlərində eyni vaxtda bir neçə nöqtədə buraxılan öldürücü zarin qazı 12 nəfərin ölümünə, 5000-dən çox insanın isə zəhərlənməsinə səbəb olub. Hücumda istifadə edilən zarin qazı ilk dəfə Nasist Almaniyasında icad edilmiş və dünyanın ən təhlükəli sinir qazlarından biri sayılır. Araşdırmalar nəticəsində bəlli olub ki, bu terrorun arxasında "Aum Şinrikyo" (Ali Həqiqət) adlı radikal dini kult dayanıb. Kultun rəhbəri, özünü İsa Məsihin ikinci gəlişi elan edən kor rahib Şoko Asahara idi. 1 milyard dollardan çox sərvətə sahib olan bu qrup, "qiyamət" ssenarisini gerçəkləşdirmək üçün Yaponiyanın müxtəlif yerlərində laboratoriyalar qurmuşdu.