#AzerVoice: Gizli sənədlər ifşa olundu - Qrenlandiya üçün hərbi hazırlıq planı

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyi və bu məqsədlə hərbi variantları istisna etməməsi NATO daxilində görünməmiş böhrana səbəb olub. Danimarkanın DR dövlət yayımçısının əldə etdiyi gizli hərbi əməliyyat əmrinə əsasən, yanvarın 13-də Danimarka və müttəfiqləri adanın müdafiəsi üçün bölgəyə qoşun yeridib.