#Qəzzada ağır silah qalıbmı? Fələstinli qruplaşmaların tərksilah cavabı

Fələstinli mənbələrin "Asharq Al-Awsat" qəzetinə verdiyi məlumata görə, HƏMAS və Qəzzadakı digər qruplaşmalar bölgənin yenidən qurulması üçün ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü "tam tərksilah" şərtini müzakirə edirlər. HƏMAS-ın xaricdəki rəhbəri Xalid Məşal Qəzzadakı sahə komandirləri ilə əlaqə saxlayaraq "müqavimət silahları"nın gələcəyi barədə məsləhətləşmələr aparıb.