#AzerVoice: HR sahəsinin nəbzi 16 mayda MİRF 2026-da tutulacaq

"IX Milli İnsan Resursları Forumunda əsas fokusumuz yeni reallığı daha yaxşı anlamaq və ona uyğun daha çevik, daha insani və daha strateji yanaşmalar formalaşdırmaqdır." “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində “Baku Marriott Hotel Boulevard”da IX Milli İnsan Resursları Forumu təşkil olunacaq.