#Niderlandda yəhudi məktəbinə hücum

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbi yaxınlığında baş verən partlayış şəhər rəhbərliyi tərəfindən yəhudi icmasına qarşı yönəlmiş qəsdən hücum kimi qiymətləndirilib. Partlayış Amsterdamın cənubunda yerləşən yaşayış məhəlləsində baş verib. Nəticədə məktəbin divarının bir hissəsi yanıb, yağış borusu zədələnib.