Filmoskop rubrikasında bu dəfə "Ouşenin dostları" (Ocean's Eleven) və "Bornun identifikasiyası" (The Bourne Identity) kimi şahəsərlərin rejissoru Duq Laymanın yeni işini - "The Instigators" (Təşkilatçılar) filmini incələyirik. Mett Deymon və Keysi Afflekin baş rollarda çəkildiyi bu film, klassik "uğursuz qarət" mövzusuna Boston küçələrinin sərt, həm də yumoristik ruhunu qatır.
#Matt Damon
Filmoskop rubrikasında bu dəfə motor səslərinin və adrenalin dolu döngələrin hakim olduğu, avtomobil dünyasının ən böyük rəqabətlərindən birini ekrana daşıyan "Ford v Ferrari" (Le-Man 66) filmini linza altına alırıq. Rejissor Ceyms Menqoldun bu möhtəşəm işi sadəcə yarış həvəskarları üçün deyil, dostluq və korporativ maneələrə qarşı mübarizə haqqında dərin bir dramdır.