#Tehran rəhbərliyi

Livanın Hizbullah hərəkatı ölkə hakimiyyətini İranla rəsmi münasibətləri yenidən qurmağa və əməkdaşlığı genişləndirməyə çağırıb. Hizbullahın yaydığı bəyanatda bildirilib ki, İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumu Livan xalqına dəstəyin və Tehran rəhbərliyinin ölkəyə qarşı siyasi, mənəvi və hərbi öhdəliyinin göstəricisidir.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində atılan diplomatik addımlar nəticəsiz qalıb. İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq müvəqqəti atəşkəs təklifini rəsmən rədd etdiyini duyurub.

İranda yeni ali dini liderin müəyyənləşməsindən sonra ABŞ-dan ilk siyasi reaksiya gəlib. ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin seçilməsindən məmnun olmadığını açıqlayıb. Qeyd edək ki, Müctəba Xameneinin rəhbərliyə gətirilməsi ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən və Ali Xameneinin həlak olmasından sonra baş verib. Beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Müctəba Xameneinin seçimi İran rəhbərliyində varislik məsələsini yenidən gündəmə gətirib. Məlumata əsasən, o, İranın güc strukturları, xüsusilə də İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri olan fiqur kimi dəyərləndirilir.