1917-ci il martın 8-də Rusiyada başlanan Fevral İnqilabı ölkədə əsrlərlə davam edən çar hakimiyyətinin süqutuna yol açdı. Rusiyada Yulian təqviminə görə Fevral İnqilabı adlandırılan hadisələr Petroqradda (indiki Sankt-Peterburq) ərzaq qıtlığına qarşı başlayan etirazlar və tətil aksiyaları ilə start götürdü. Bir həftə ərzində baş verən hadisələr çar II Nikolayın taxtdan imtinası ilə nəticələndi və Rusiyada çarizm dövrü faktiki olaraq başa çatdı.