#Türkiyə XİN rəhbərindən İran şərhi: Körfəz ölkələrini bombalamaq böyük səhvdir

Nazir İranın "mən batsam, bölgəni də özümlə apararam" strategiyasının həm Tehranın özü, həm də region üçün ağır nəticələr doğuracağını vurğulayıb. Hakan Fidan xüsusilə Körfəz ölkələrinin müharibənin qarşısını almaq üçün göstərdiyi səylərə diqqət çəkib: "Qətər, Küveyt, Oman və digər ölkələr bu müharibənin çıxmaması üçün böyük fədakarlıq etdilər. Lakin İranın heç bir fərq qoymadan vasitəçilik edən bu ölkələri bombalaması çox yanlışdır. İran özü hücuma məruz qaldıqca, dünya iqtisadiyyatı üçün kritik olan enerji infrastrukturuna zərbə vuraraq təzyiq rıçağı yaratmağa çalışır".