#BookHub: Kəlilə və Dimnə kitabında gizlənən həyat kodları

İki çaqqalın simvolik mübarizəsi Kitab adını əsərin əsas qəhrəmanları olan iki çaqqaldan alır: Kəlilə və Dimnə. Kəlilə dürüstlüyü, qənaətcilliyi və sülhsevərliyi təmsil etdiyi halda, Dimnə şöhrətpərəstliyi, hiyləgərliyi və yüksəlmək üçün hər cür fitnəyə əl atan obrazdır. Onların aslanın (hökmdarın) sarayındakı macəraları əslində saray çəkişmələrinin və insan ehtiraslarının mikromodelidir.