İrandan Azərbaycana təxliyə davam edir. Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları, xarici ölkələrin İrandakı səfirliklərin əməkdaşları, diplomatlar və s. təxliyə olunurlar. Azərbaycan aidiyyatı dövlət qurumları təxliyə üçün lazım olan zəruri tədbirləri davam etdirir. Vətəndaşların təhlükəsiz şəkildə daşınması məqsədilə xüsusi avtobuslar ayrılıb, həmçinin ərazidə təcili tibbi yardım briqadaları cəlb olunub və digər operativ xidmətlər hazır vəziyyətə gətirilib.