Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
#Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində 2025-ci ildə əlilliyi olan 44,1 min uşağa xidmətlər göstərilib. Onlardan 29,4 mini ambulator, 2,2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına əhaliyə müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əvvəlki ilə nisbətən 173 mln. manat çox olmaqla 2 mlrd. 376 mln. manat ödənilib.
1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman Vətən övladlarının ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər dövlətimiz tərəfindən sosial müdafiə tədbirləri ilə əhatə ediliblər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev yanvarın 16-da Göygöl rayonunda sakinləri qəbul edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən indiyədək 300-dək eşitmə və nitq məhdudiyyətli şəxs faydalanıb.
Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ildə əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib. Onlardan 6,3 mini təkərli oturacaq (o cümlədən 186-sı mühərrikli təkərli oturacaq), 2,6 mini aşağı və yuxarı ətraf protezi, 6,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsizliyə son qoymaqla bərabər, kiçik ailə biznesinə yiyələnmək imkanı yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunurlar.