#Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər. 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb. 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

Əmək bazarındakı dəyişikliklər fonunda peşə və ixtisasların tərkibi bazarın real tələblərinə uyğun şəkildə yenilənəcək. Иunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək bazarı dinamik mühitdir və tələblərə uyğun olaraq yeni peşə və ixtisasların sayı artırıla bilər.

Dövlət Məşğulluq Agentliyi sosial tərəfdaşlarla, işəgötürənlərlə aktiv əməkdaşlıq edir. 2026-cı ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcəyik. Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim olunub. Belə ki, filialda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tələblərinə uyğun olaraq idarəetmə sisteminin sertifikatlaşdırılmasına dair audit həyata keçirilib.

2025-ci ildə DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib. 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib. H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.