#Təbükdən qayıdan zəfər: Roma niyə müsəlmanlardan qorxdu?

İslam tarixinin ən mühüm dönüm nöqtələrindən biri sayılan Təbük yürüşü, Məhəmməd Peyğəmbərin (s.a.s) liderliyində müsəlmanların həm daxili, həm də xarici düşmənlərə qarşı sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Taif mühasirəsindən sonra Məhəmməd Peyğəmbərin (s.a.s) duası ilə müşriklərin qəlbi İslama açılmağa başladı. Lakin Hicrətin doqquzuncu ilində müsəlman icması ciddi sınaqlarla üz-üzə qaldı. Zəkat verməkdən imtina edən bəzi qəbilələrə qarşı qətiyyətli addımlar atıldığı bir vaxtda, Şamdan gələn xəbərlər gündəmi dəyişdi. Şərqi Roma İmperiyasının (Bizans) böyük bir ordu topladığı və bəzi ərəb qəbilələri ilə ittifaq quraraq Mədinəyə hücum edəcəyi xəbəri yayıldı.