Baş nazir Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
#Fəxri Xiyaban
Edqars Rinkeviçs Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Hökümə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər. Bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda ekipaj üzvlərinin məzarlarını ziyarət edilib.
Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıb.
Dekabrın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və AZƏRTAC-ın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gediblər.
Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyinə qarşı etdiyi əməllər, onun barəsindəki ittihamlar Ramiz Mehdiyevin akademiyanın üzvlüyündə qalmasına imkan vermir. Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanda rəsmi səfərdə olan Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.