#Qapalı iclaslarda mümkün qarşıdurma ssenariləri müzakirə edilib

“Yediot Axronot” qəzeti İsrail ordusunun ali komandanlığında keçirilən qapalı müzakirələrə istinadən yazıb ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlaması və ya İsrailin müstəqil şəkildə hücum qərarı verməsi ölkə üçün ciddi təhlükələr yarada bilər. Müzakirələrdə mümkün ssenarilər sırasında təyyarələrin vurulması, mülki itkilərin artması, genişmiqyaslı dağıntılar və uzunmüddətli tükəndirmə müharibəsi ehtimalı qeyd olunub.