#Prezident təqaüdü

Azərbaycan Respublikası Prezidentinin 31 mart 2026-cı il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan minatəmizləyənlərin – Namazov Seymur Rəşid oğlu və İsayev Raqif Deputat oğlunun 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edib.

2026-cı ilin yanvar ayında əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alan şəxslərin sayı məlum olub. Cari ilin yanvar ayı ərzində əlilliyə görə 251 001 nəfər şəxs pensiya, 227 198 nəfər şəxs aylıq müavinət, 92 643 nəfər şəxs isə Prezident təqaüdü alıb. Məlumata əsasən, sosial təminat sisteminin əhatə dairəsi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və dövlət tərəfindən dəstəyin davamlı şəkildə həyata keçirilməsinə yönəlib