Türkiyənin Balıkesir vilayətində 9-cu Ana Reaktiv Baza Komandanlığının aviasiya parkına məxsus F-16 qırıcısı planlı uçuş zamanı qəzaya uğrayıb. Hadisə gecə saat 00:50 radələrində baş verib. Məlumata görə, bazadan qalxan F-16 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra qəzaya düşüb. Təyyarə İstanbul–İzmir magistral yolunun Karesi istiqamətində yol kənarına çırpılıb. Zərbə nəticəsində təyyarənin hissələri ətrafa səpələnib.