#Boksda tarixin yazıldığı gün: Məhəmməd Əlinin ilk dünya çempionluğundan 62 il ötür

1964-cü il fevralın 25-də 22 yaşlı Kassius Kley (sonradan Məhəmməd Əli) boks dünyasını lərzəyə gətirərək, favorit hesab edilən Sonni Listonu məğlub edib və ilk ağır çəki dünya çempionu titulunu qazanıb. Boks tarixinin ən böyük sürprizlərindən biri hesab olunan bu qarşılaşma gənc Kleynin dünya arenasına möhtəşəm girişi kimi yadda qalıb. Keçmiş çempion Co Luis bu qələbəni "boks tarixinin ən böyük alt-üst oluşu" adlandırıb.