#Nərə və digər balıq növlərinin qanunsuz ovuna görə cərimələr tətbiq edildi

Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir. Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir