#Yadplanetlilər varmı? ABŞ-ın iki prezidenti arasında UFO polemikası

ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın yadplanetlilər barədə verdiyi bəyanatlara kəskin reaksiya verib. VOA xəbər verir ki, Tramp Obamanı "bağışlanmaz səhvə" yol verməkdə ittiham edərək, onun bir neçə gün əvvəlki çıxışında "məxfi məlumatları" ifşa etdiyini bildirib. "Sabiq prezident Obama məxfi məlumatları ifşa etdi. Onun bunu etmək səlahiyyəti yoxdur. Yadplanetlilərin real olub-olmadığını bilmirəm... Lakin sizə təsdiq edə bilərəm ki, o, məxfi məlumatları sızdırıb. O, böyük bir səhvə yol verdi."-deyə Ağ Evdə mətbuat açıqlaması verən Tramp bildirib.