"Bil ki, əksər firqələrin İslam dinindən çıxma səbəbi budur: Farslar geniş mülkə, bütün millətlər üzərində üstünlüyə və öz nəzərlərində böyük bir əzəmətə sahib idilər. Belə ki, onlar özlərini 'azadlar və ağalar' adlandırır, digər insanları isə özlərinə qul hesab edirdilər. Dövlətləri ərəblər tərəfindən devrildikdə və hakimiyyətləri əllərindən çıxdıqda - hansı ki, ərəblər farsların nəzərində millətlərin ən əhəmiyyətsizi idi - bu hadisə onlara çox ağır gəldi və müsibətləri qat-qat artdı. Müxtəlif vaxtlarda müharibə yolu ilə İslama hiylə qurmağa çalışdılar, lakin hər dəfə Allahu-Təala haqqı qalıb etdi. Sinbad, Aşnas ,əl-Muqəffə və başqaları bu işin başında duranlardan idi... Sonra gördülər ki, hiylə yolu ilə İslama zərbə vurmaq daha effektivdir. Beləliklə, onlardan bir qrupu zahirən İslamı qəbul etdi və Rəsulullahın (s.a.s) Əhli-beytinə məhəbbət nümayiş etdirərək, Əli bin Əbu Talibə edilən zülmü qabardaraq şiə tərəfdarlarını özlərinə çəkdilər. Daha sonra onları müxtəlif yollara sövq edərək doğru yoldan çıxardılar."
#İmperiyaları sarsıdan zərbə: Sasani baş komandanı Rüstəmin sonu
Xəlifə Həzrət Ömər tərəfindən ordu komandanı təyin edilən Səd bin Əbu Vəqqasın rəhbərliyi altında İslam ordusu Sasanilərin ən mühüm sərhəd şəhəri olan Qədisiyyədə həlledici döyüşə girib. Mənbələrdə qoşunların sayı barədə fərqli rəqəmlər göstərilsə də, əsas tədqiqatlar müsəlmanların sayca üstün olan və 30-a yaxın döyüş filinə sahib Sasani ordusuna qarşı manevrlərlə mübarizə apardığını təsdiqləyir. Üç gün davam edən şiddətli döyüşlərin sonunda Sasani baş komandanı Rüstəmin öldürülməsi ilə İran ordusu darmadağın edilib.