İranın "ISNA" xəbər agentliyinin hərbi sözçüyə istinadən verdiyi məlumata görə, sabah — cümə axşamı günü İran və müttəfiqi Rusiya Oman dənizində birgə hərbi təlimlər keçirəcək. Bu qərar İran və ABŞ arasında aparılan danışıqlardan dərhal sonraya təsadüf edir. Hərbi sözçü Həsən Maqsudlu bildirib ki, "Birgə Dəniz Təlimləri" Oman dənizi və Hind okeanının şimal hissəsində baş tutacaq. Maqsudlunun sözlərinə görə, təlimlərin məqsədi regionda dəniz təhlükəsizliyini gücləndirmək və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələri inkişaf etdirməkdir. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.