#Hörmüz boğazı bağlana bilər? Tehrandan sərt xəbərdarlıq

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) strateji əhəmiyyət kəsb edən Hörmüz boğazı bölgəsində “Hörmüz boğazına ağıllı nəzarət” adlı dəniz təlimlərinə start verib. Təlimlər SEPAH-ın baş komandanı general-mayor Məhəmməd Pakpurun birbaşa rəhbərliyi və nəzarəti altında keçirilir.