#Azərbaycan Uşaqları İctimai Birliyi

“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Qaranlıqdan sonra” adlı xüsusi tədbir keçirilib. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.